15 Avqust 2014 16:11
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan göndərilən humanitar yardım artıq Ukrayna sərhədinə çatıb. Ukraynanın Dövlət Sərhəd Xidməti Rusiyanın Rostov vilayətindəki "Donetsk" sərhəd-keçid məntəqəsində humanitar yardımı yoxlayaraq sənədləşdirib.

Ukrayna tərəfdən yoxlamada 59 mütəxəssis iştirak edib. Yükün yoxlanmasında ATƏT nümayəndələri də iştirak edib, humanitar yükü alan tərəf qismində isə Beynəlxalq Qırmızı Xaç Komitəsi çıxış edir. İlkin razılaşmaya əsasən, humanitar yük Ukraynanın Luqansk vilayətinə yönəldilib.

"Donetsk" sərhəd-keçid məntəqəsinin Ukrayna tərəfində isə hazırda ukraynalı sərhədçilər tərəfindən nəzarət olunmayan "İzvarino" buraxılış-keçid məntəqəsi yerləşir.


Müəllif:

Oxşar xəbərlər