Yaponiyada leysan yağışları və onun yaratdığı torpaq sürüşməsi nəticəsində həlak olanların sayı artmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, “Kiodo” agentliyi ölkənin Baş Polis İdarəsinə istinadən qurbanların sayının 216-ya yüksəldiyini, daha 27 nəfərin isə itkin düşmüş hesab edildiyini açıqlayıb.
Bundan öncə isə 209 nəfərin həlak olduğu bildirilirdi.
Xirosima (106 nəfər), Okayama (60 nəfər) və Exime prefekturasında daha çox qurban qeydə alınıb. Öz növbəsində, NHK telekanalının məlumatına görə, daha üç nəfər huşsuz vəziyyətdə qalmaqda davam edir.