15 İyul 2018 19:15
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu amerikalı həmkarı Donald Trampla telefon əlaqəsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, Baş nazir prezidentlə Suriya və İran məsələsini müzakirə edib.

“Mən dünən ABŞ Prezidenti Donald Trampla danışdım və onunla təhlükəsizlik və regionun gələcəyi, ilk növbədə Suriya və İran məsələsini müzakirə etdim”, – deyə B.Netanyahu hökumətin iclası zamanı bildirib.

Baş nazir daha sonra deyib:

“Bildiyiniz kimi bu məsələlər Helsinki sammiti zamanı müzakirə olunacaq. Mən bu məsələni bir neçə gün öncə Prezident Putinlə görüş zamanı qaldırmışam”.

Qeyd edək ki, B.Netanyahu iyulun 11-də Moskvada səfərdə olub və Rusiya prezidenti ilə müzakirələr aparıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər