İraqın cənubundakı Semava şəhərində elektrik enejisinin verilməməsinə qarşı etirazlardan sonra insanlara küçəyə çıxmaq qadağan edilib.
Qeyd olunur ki, Kərbəla, Nəcəf şəhərlərindən sonra Musenna vilayətinin mərkəzi Semava şəhərindədə də fövqəladə vəziyyət elan olunub.
Bildirək ki, İraq hakimiyyəti ölkənin cənub əyalətlərində komendant saatı tətbiq edib. Buna səbəb hakimiyyət əleyhinə keçirilən kütləvi aksiyalardır.