16 İyul 2018 16:22
1 601
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Səudiyyə Ərəbistanı birgə nüvə silahı istehsalına başlayacaqlar.

Teleqraf.com Rusiyada nəşr olunan “Pravda” qəzetinə istinadla xəbər verir ki, bu iddia ilə israilli hərbi mütəxəssis Amel Der On çıxış edib.

Mütəxəssis bölgənin sürətlə nüvələşdiyinə diqqət çəkib:

“Bölgə dövlətləri nüvə silahı əldə etmək istəyirlər. Bu istiqamətdə silahlanma yarışı başlayıb. Artıq bu məqsədlə Səudiyyə Ərəbistanı ABŞ-ın “Raytheon” şirkəti üzərindən İsrailin müvafiq qurumuna maliyyə yardımı ayırıb”.

“Pravda” İsrail və Səudiyyə Ərəbistanı arasındakı birgə planının İrana qarşı yönəldiyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu