16 İyul 2018 17:21
2 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın paytaxtı Aşqabad və bir sıra bölgələrin inzibati mərkəzlərində spirtli içkilərin satışı qadağan edilib.

Teleqraf.com xəbər verir ki, qərar verildikdən dərhal sonra içkilər satış mərkəzlərindən müsadirə edilib.

Qərar Türkmənistanda 2018-2024-cü illəri əhatə edən alkoqolizmlə mübarizə proqramı çərçivəsində verilib.

Hökumətin bu qərarı verməsinin əsas səbəbi son zamanlar ölkədə alkaqollu içkilərdən zəhərlənmə hallarının artmasıyla bağlıdır.

Lakin ölkə rəhbərliyi və Türkmənistan KİV spirtli içkilərin satışının qadağan edilməsi ilə bağlı rəsmi məlumat yaymayıb.

“Azadlıq” radiosunun Türkmənistan bürosu hökumətinin qərarını “gözlənilməz” adlandırıb. Radio qeyd edir ki, hökumət vətəndaşlar və sahibkarları əvvəldən xəbərdar etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər