16 İyul 2018 20:16
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkiqabağı qərargahımla Rusiya arasında heç bir sözləşmə yox idi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Helsinkidə prezident sarayında Rusiya prezidenti Vladimir Putinlə danışıqların nəticəsinə görə keçirilən mətbuat konfransında deyib.

“Düşünürəm ki, Rusiyanın seçkilərə müdaxilə haqqında araşdırma bizim ölkəmiz üçün fəlakətdir. Düşünürəm ki, bu bizi bölür. Heç bir sözləşmə yox idi”, - Tramp birgə mətbuat konfransında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu mövzu Rusiya lideriylə görüşdə müzakirə olunub.

“Bu araşdırma dünyada iki ən böyük nüvə dövlətinin münasibətlərinə mənfi təsir göstərdi. Nüvə potensialının 90 faizi bizdədir. Bu araşdırma gülməlidir”, - o əlavə edib.

Seçkilərə Rusiyanın müdaxiləsi barədə suala cavabında isə Putin kəşfiyyatda işlədiyini və dosyelərin necə hazırlandığını bildiyini deyib.

"Bu məsələ ilə bağlı son qərarı operativ xidmət orqanları deyil, məhkəmələr verir. Sizə kim deyib ki, Tramp mənə güvənir və ya mən Trampa güvənirəm. Heç kəs heç kəsə güvənmir. Heç güvənmək də lazım deyil. Tramp öz ölkəsinin maraqlarını müdafiə edir. Seçki kampaniyası dövründə hansısa sövdələşmənin olması haqqında məlumat yalandır. Bəli, Trampın seçki kompaniyası dövründə Rusiya ictimaiyyətində ona böyük simpatiya olub. İstəyirdim ki, Tramp seçkilərdə qələbə qazansın", o vurğulayıb.

Putin Rusiyanın əlində Trampla bağlı kompromatların olması haqqında da suala cavab verib: "Tramp Moskvaya gələndə, mən heç onun Moskvada olduğunu bilməmişəm. Trampa böyük hörmətim var. O, biznesmen kimi gəlib. Peterburq İqtisadi Forumunda yüzlərlə amerikalı biznesmen iştirak edir. Biz onların hər biri haqqında dosye toplayırıq, kompromat hazırlayırıq?


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər