Türkiyənin hərbi gəmiləri Şimali Kipr sahillərindən təxminən 30 kilometr aralıda batmaqda olan gəminin 100-dən çox sərnişinini xilas edib.
Teleqraf.com xəbər verir ki, gəmidə 150-yə yaxın qaçqın olub. Onlardan 102 nəfəri xilas edilib. Vəziyyəti ağır olanlar hərbi helikopterlərlə Şimali Kipin Girnə şəhərindəki xəstəxanaya daşınıb. Axtarış nəticəsində 19 cəsəd tapılıb. Təxminən 25 nəfərin axtarışı davam edir.