Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) xolera virusunun Yəməndə minlərlə insanın həyatına son qoyduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, UNICEF məsələ ilə əlaqədar son hesabatını təqdim edib.
Hesabata görə, son 13 ayda Yəməndə 2311 nəfər xoleradan həyatını itirib.
UNICEF ölkənin səhiyyə sistemindəki problemlərin və ölkə ərazilərində 6 ildir davam edən müharibənin virusun sürətlə yayılmasına səbəb olduğunu bildirib.
Son aylarda xolera ilə mübarizənin kəskinləşdirilməsinə baxmayaraq, ölüm hallarının artmasıyla yanaşı, 1 milyon 118 min 381 nəfərin də virusa yoluxduğu açıqlanıb.