Türkiyənin İYİ Partiyasının başqanı Meral Akşənər və partiyanın qurucularından olan millət vəkili Fatih Eryılmaz partiyadan istefa veriblər.
Teleqraf.com "CNNtürk"ə istinadən xəbər verir ki, partiyanın toplantısında tərəflər arasında düşən mübahisədən sonra hər iki şəxs istefa verdiklərini bəyan ediblər.
Seçkilərdəki uğursuzluqlara görə partiya rəhbərliyinə yönələn tənqidlər üzündən istefa verdiyini bəyan edən Akşənərin son anda fikrindən daşındırıldığı qeyd olunur.
Amma partiyanın digər rəhbər şəxsləri istefa verdiklərini sosial şəbəkələrdəki hesablarında bəyan ediblər.
Fatih Eryılmaz Tvitterdəki paylaşımında partiyadan istefa verdiyini bəyan edib.