İŞİD terror qruplaşması Əfqanıstanın paytaxı Kabildəki Həmid Kərzayi adına hava limanında törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İŞİD-in Əfqanıstan qanadı yutub sosial şəbəkəsindəki açıqlamasında bildirib.
Qeyd edək ki, hava limanında baş verən partlayış zamanı 16 nəfər ölüb. Hadisə zamanı ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Partlayış zamanı daha 60 nəfər xəsarət alıb.
Partlayış Ankaradan Kabilə dönən ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostumun hava limanını tərk edərkən törədilib.