23 İyul 2018 12:22
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət rəhbəri çox uğurlu şəkildə 2016-cı ildə keçirilən prezident seçkilərinin nəticələri ilə oynadı.

Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ-ın sabiq dövlət katibi, son prezident seçkilərində Donald Trampa uduzan Hillari Klinton deyib.

Klinton iddia edib ki, Vladimir Putin 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edib və seçkinin nəticələrini dəyişdirib:

“Bu elektron sistemlərə çox geniş və uğurlu kiber hücum idi. Bu hücum demokratiyanı ürəyindən vurdu”.

Putinin insanları manipulyasiya etmə mövzusunda mütəxəssis olduğunu deyən Klinton əlavə edib ki, keçmiş KQB əməkdaşı olan Rusiya prezidenti konkret strategiyaya sahibdir: “Putin insanlarla işləmək, anlamaq və manipulyasiya etmək baxımından zəkalı biridir”.

ABŞ Prezidenti Donald Trampın heç nə anlamadan Putinlə yaxşı əlaqələr qurmaq istədiyini ifadə edən Klintona görə vəziyyət getdikcə ciddiləşəcək.

Helsinkidə Putin-Tramp görüşü haqda danışan Klinton bildirib ki, iki liderin bağlı qapılar arxasında nə danışdığını heç kəs bilmir: “Putin dünyaya dediyini deyir. Biz isə Ağ Evdən sadəcə vızıltı eşidirik”.

Klinton bəyan edib ki, yaşanan hadisələr ABŞ-ın xarici siyasətini dərindən sarsıdıb:

“Biz dostlarımızı və müttəfiqlərimizi itiririk”.


Müəllif: Cavad

Oxşar xəbərlər