Rusiya Prezidenti Vladimir Putin və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iyulun 26-da görüşü olacaq.
Teleqraf.com “Sputnik”ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov söyləyib.
Onun sözlərinə görə, tərəflər Cənubi Afrikada keçiriləcək BRICS sammiti çərçivəsində baş tutacaq.