ABŞ İranla nüvə proqramına dair “həqiqi” saziş bağlamağa hazırdır.
Teleqraf.com xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp Kanzasda veteranlar qarşısında çıxışında deyib.
“İran artıq əvvəlki ölkə deyil. Görək, irəlidə bizi nə gözləyir? Biz həqiqi saziş bağlamağa hazırıq. Daha əvvəlki administrasiyanın etdiyini yox. Bu, əsl fəlakət idi”, deyə Tramp deyib.