Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 76-ya çatıb.
Teleqraf.com xəbər verir ki, yanğınlar Afinanın 20 kilometrliyində, Penteli və Rafina bölgələrində başlayıb və qısa zaman ərzində yaşayış ərazilərinə qədər çatıb.
Təbii fəlakət nəticəsində ölənlərin sayı 76 olduğu bildirilib. Onların arasında 23 uşaq var. 164 nəfər isə yaralanıb.
İnsanlar sağ qalmaq üçün dənizə getdiyi, 5 nəfərin boğulduğu deyilir. Dənizə çatan 700-dən çox insanı Sahil Mühafizə Xidməti xilas edib.
Bölgədə axtarış xilasetmə işləri davam edir. Rəsmilər 100-dən artıq insanın itkin ehtimalının olduğunu bildirir.