28 İyul 2018 16:12
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı PKK/YPG-nin ana sütunu olan Suriya Demokratik Güclərinin siyasi qanadı Suriya Demokratik Konqresi ilk dəfə Dəməşqə nümayəndə heyəti göndərib.

Teleqraf.com xəbər verir ki, Suriya Demokratik Konqresi Bəşər Əsədlə Suriya böhranı ilə bağlı müzakirələr aparmağa nail olmaq istəyir.

“Röyter” xəbər verir ki, kürd heyəti 3 gün əvvəl Dəməşqə gedib. Heyətə Suriya Demokratik Konqresinin lideri İlham Əhməd rəhbərlik edir.

Suriya Demokratik Konqresinin nümayəndəsi Riad Darar deyib ki, bu addım rəsmi müzakirələrə başlanması mənasını vermir, ancaq onların məqsədi budur: “Öz problemlərimizin özümüzün həll etməsi zamanı çatıb. Müzakirələrin aparılması üçün zəmin var. Şimaldakı vəziyyətlə bağlı müzakirələrin uğurlu olacağını gözləyirik. Hər hansı bir şərt irəli sürülməyib”.

Xatırladaq ki, Suriya rejiminin lideri Bəşər Əsəd Suriya Demokratik Gücləri və onun siyasi qanadı olan Suriya Demokratik Konqresinə dəstək verən Amerikanı işğalçı kimi qiymətləndirib.

İŞİD-lə mübarizə çərçivəsində ərəb şəhəri olan Rakkanı əldə edən Suriya Demokratik Qüvvələri su və neft qaynaqlarını da nəzarətinə keçirib.


Müəllif: Cavad

Oxşar xəbərlər