Pakistanda keçirilən parlament seçkilərində qələbə qazanan Ədalət Hərəkatı Partiyası istisna olmaqla digər siyasi qurumlar seçkilərin nəticələrini qəbul etməyəcək, yeni seçkilər naminə ölkə çapında mitinqlər keçirəcək.
Teleqraf.com xəbər verir ki, İslamabadda bir araya gələn müxalifət partiyaları birgə konfrans keçirərək ortaq açıqlama veriblər:
“Demokratiyanın bir şəxs və ya qurum tərəfindən əsir götürülməsinə imkan verə bilmərik”.
Partiyalar Mərkəzi Seçki Komissiyasının üzvlərini istefaya çağırıb.