Hindistan ABŞ-dan “NASAMS-II” hava hücümundan müdafiə sistemləri almaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of India” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə yeni sistemlərin alınmasında məqsəd paytaxtın müdafiəsini gücləndirməkdir. Qeyd olunur ki, artıq ölkənin Müdafiə Şurasının iclasında bu sistemlərin alınmasına razılıq verilib. “NASAMS-II”nin alınması üçün ABŞ-a 1 milyard dollar ödəniləcək.