Koloradoda yerləşən Kapitoli binasında ABŞ Prezidenti Donald Trampın portretini Rusiya Prezidenti Vladimir Putinin portreti əvəzləyib.
Teleqraf.com xəbər verir ki, bunun fotosunu çəkməyə ştat senatorlarından biri Stiven Feynberq müvəffəq olub. O, fotonu daha sonra “Tvitter” səhifəsində yerləşdirib.
Senator fotonu “PutinprezidentABŞ” haştaqı ilə paylaşıb.
İnsidentə görə məsuliyyəti Kolorado Sakinlərinin Mədəni Qrupu öz üzərinə götürüb və bunun zarafat olduğunu bilidib.
Zarafat uzun sürməyib və təhlükəsizlik xidmətinin əməjkdaşları V.Putinin fotosunu dərhal yığışdırıblar.