Türkiyə Silahlı Qüvvələri (TSQ) “Aram Civan” kod adlı məşhur terrorçu Osman Güləni məhv edib.
Teleqraf.com xəbər verir ki, Aram Civan Türkiyə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
TSQ-nin açıqlamasında deyilir ki, 23 avqustdan başlayaraq Diyarbəkirin Lice ərazisində keçirilən əməliyyatlar zamanı öldürülən terrorçulardan birinin Aram Civan kod adlı Osman Gülən olduğu müəyyən edilib.