Yəmənin Hodeyda şəhərində əs-Saura xəstəxanasına endirilən hava zərbələri nəticəsində 40 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, hava zərbələri başda Səudiyyə Ərəbistanı olmaqla ərəb koalisiyası tərəfindən endirilib.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan hökumət gücləri ilə iranmeylli Husi qiyamçıları arasında qarşıdurma davam edir. 2015-ci ilin martında ərəb koalisiyasının müdaxiləsi ilə qarşıdurma ən aktiv fazaya daxil olub.