Ermənistan Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova ölkədən çıxmağa icazə vermir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan KİV-ə açıqlamasında Xaçaturovun vəkili Mihran Poqosyan deyib:
“Lakin Xüsusi İstintaq İdarəsi bildirmişdi ki, Yuri Xaçaturov qanunla müəyyən edilmiş qaydada Ermənistandan çıxa bilər”.
Vəkil həmçinin KTMT baş katibinin Ermənistanda olmadığı barədə yayılan məlumatlara da toxunub: “O, hazırda Ermənistandadır. Xaçaturovun gizli şəkildə Ermənistandan qaçması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. O, Moskvada yox, İrəvandadır”.
“Jamanak” qəzeti isə ev həbsinə məhkum edilmiş Yuri Xaçaturovun gizli formada Rusiyanın paytaxtı Moskvaya qaçırıldığını iddia edir.
Qeyd edə ki, Yuri Xaçaturov 2008-ci ildə İrəvanda keçirilmiş etiraz aksiyalarında iştirak edən vətəndaşlara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham edilərək ev həbsinə məhkum edilib.