4 Avqust 2018 07:03
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Şandun əyalətinin Tzinan şəhərində yol hərəkəti qaydalarını izləmək üçün 4 multikopter havaya qaldırılıb.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, pilotsuz aparatlar yarım saat ərzində sükan arxasında 5 mobil telefondan istifadə halı qeydə alıb.

Tzinan yol polisi bölməsinin əməkdaşı Vey Tzilyan bildirib ki, layihə üçün eksperiment fəaliyyət 3 ay davam edəcək. Onun sözlərinə görə, pilotsuz aparatlar vasitəsilə çəkilən pozuntu halları sübutlar siyahısına əlavə olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər