İŞİD terror qruplaşması avqustun 3-ü Əfqanıstanda məscidə edilən hücuma görə cavabdehliyi öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, insident Paktiya əyalətinin Qardez şəhərində baş verib. İki terrorçu məsciddə olan insanlara hücum edib. Onlardan biri üzrində olan partlayıcı qurğunu işə salıb, digəri isə insanlara odlu silahdan atəş açıb. Hücum nəticəsində 39 nəfər həlak olub, azı 80 nəfər isə yaralanıb. Məscidin silahlı mühafizəsi terrorçunu məhv edib.