6 Avqust 2018 11:21
1 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp oğlunun Kremllə əlaqəsi olan vəkil Nataliya Veselintskaya ilə 2016-cı ilin iyununda “rəqib haqqında informasiya almaq məqsədilə” görüşdüyünü etiraf edib.

Teleqraf.com xəbər verir ki, prezident görüşün qanuni olduğunu bildirib.

Beləcə prezident Tramp oğlunun Kremlə əlaqəsi olan rus vəkillə görüşdüyünə dair konkret mövqe ortaya qoyub.

Hazırda xüsusi prokuror Robert Müller ABŞ-da keçirilən son prezident seçkilərinə Rusiyanın müdaxiləsini, Trampın qələbəni təmin etmək üçün atdığı addımlarla bağlı araşdırma aparır.

Prezident Tramp isə araşdırmanı “tarixdə ən böyük siyasi ov” kimi qiymətləndirir.

Qeyd edək ki, “Vaşinqton Post”, CNN və digər media qrupları fərqli mənbələrə istinadla prezidentin oğlunun 2016-cı ilin 9 iyununda rus vəkillər görüşməsi faktının təsdiq etməsi nəticəsində Donald Trampın başının bəlaya girəcəyini qeyd edir.

“Oğlumun Trum Toverdə keçirdiyi görüşdən narahat olduğum saxta xəbərçilik, tam xəyal qırıqlığıdır. Bu görüş bir rəqiblə bağlı informasiya almaq üçündür. Tamamilə qanunidir və siyasətdə sürətli edilən bir şeydir. Görüşün bir nəticəsi də olmayıb. Mənim bu görüş haqqında informasiyam olmayıb”, - Prezident Tramp tvitterdə bildirib.

Xatırladaq ki, yaxın zamanacan Tramp ailəsinin vəkilləri prezident oğlunun rusiyalı vəkillə görüşdüyü iddialarını rədd edirdi.


Müəllif: Cavad

Oxşar xəbərlər