6 Avqust 2018 21:57
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ilə dəmiryolu əlaqələrinə yenidən baxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın 1+1 telekanalına müsahibəsində bu ölkənin infrastruktur naziri Vladimir Omelyan məlumat verib.

Nazir bildirib ki, hazırda bu məsələ Ukraynanın Nazirlər Kabinetində müzakirə olunur.

Qeyd edək ki, hazırda Kiyev-Moskva-Kiyev, Lvov-Moskva-Lvov və digər istiqamətlərdə dəmiryolu xətti mövcuddur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər