ABŞ dövlət katibi Mayk Pompeo yenidən Pxenyana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Fox" televiziyasının efirində ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə köməkçisi Con Bolton bildirib.
Onun sözlərinə görə, M.Pompeo Pxenyana KXDR prezidenti ilə denuklearizasiya məsəsləsini müzakirə etmək üçün səfər edə bilər.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo aprel, may və iyul aylarında Pxenyana səfər edib.