10 Avqust 2018 08:28
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada məxfi informasiya, o cümlədən dövlət sirri təşkil edən sənədlərlə ilə iş üçün nəzərdə tutulan xüsusi kompüterlərin buraxılışına başlanılıb.

Teleqraf.com "İKTnyus"a istinadən xəbər verir ki, məlumata görə, kompüterlər xüsusi əhəmiyyətli informasiya sızmasının qarşısını alacaq. Texnikanın yığılması və yoxlanılmasına 10 iş günü sərf olunur. Mütəxəssislər tərəfindən həftədə 25 kompüterin buraxılışı planlaşdırılır.

Bildirilir ki, texnikanın kommersiya bazarına da tədarükünün nəzərdə tutulmasına baxmayaraq kompüterlər əsasən Rusiya Müdafiə Nazirliyi, xüsusi xidmət orqanları və dövlət müəssisələrinin ehtiyacları üçün hazırlanacaq. Xüsusi kompüterlərin son qiymətinin analoqlarından 15-30 faiz ucuz olacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər