ABŞ Prezidenti Donald Trampın qayınatası və qayınanası ABŞ vətəndaşlığına qəbul edilib.
Teleqraf.com xəbər verir ki, ölkənin birinci xanımı Melana Trampın Sloveniyada doğulan atası Viktor və anası Amalija Knavs Nyu Yorkda ABŞ vətəndaşlığı and içiblər.
Buna qədər prezidentin qayınatası və qayınanası ABŞ-da Qreen Kartla yaşayıb.
Qeyd edək ki, Prezident Trampın miqrantlar, qaçqınlarla bağlı siyasəti çox sərtdir. Dəfələrlə Qreen Kartla ABŞ-a gələn şəxslərlə bağlı narazılığını ifadə edib, hətta bu proqramın dayandırılmasının vacibliyini bildirib.