ABŞ-da “Horizon” Hava Yollarına məxsus Bombardier Q400 tipli təyyarə Seattle şəhərindən qaçırılıb.
Teleqraf.com xəbər verir ki, təyyarə bir müddət sonra Ketron Adasına düşüb.
Təyyarənin hava limanından icazə almadan havaya qalxmasının ardınca iki F-15 qırıcı da havaya qalxaraq Bombardier Q400 təyyarəsini 45 dəqiqə izləyib. 76 nəfərlik sərnişin təyyarəsi havada akrobatik hərəkətləri ilə diqqəti çəkib.
ABŞ Hava Nəzarəti Xidməti təyyarəni qaçıran şəxsin “Rich” adlandırılan 29 yaşlı şəxs olduğunu müəyyən edib.
Hava Nəzarəti Xidməti “Rich” adlandırdığı şəxsdən təyyarəni hərbi bazaya endirilməsi təklifini edib, oğru isə “ömür boyu həbs cəzası alacağam, elə deyilmi” sualını verib. Rich daha sonra bir çox insanı üzdüyü və narahat etdiyi üçün üzr istəyib.
Təyyarə sonradan Ketron Adasına düşüb. Qəza yanğına səbəb olub. ABŞ rəsmiləri hadisənin terrorla əlaqəsi olmadığını açıqlayıb.