12 Avqust 2018 11:31
3 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampı biabır edəcək daha bir kitab avqustun 14-də oxuculara təqdim olunacaq.

Teleqraf.com xəbər verir ki, “Dəngəsiz” adlı kitabın müəllifi Trampın sabiq köməkçisi Omarosa Nevmandır.

Kitabda Trampın irqçi olduğu iddia edilir.

Omarosa Nevman Ağ Ev xatirələri haqqında yazarkən Trampın fəaliyyətini və məsələlərə yanaşmalarını sərt tənqid edib. Müəllif iddia edib ki, Tramp Ağ Evdə dəfələrlə “zənci” ifadəsini işlədib.

“Mən, Trampın rəhbəri olduğu “Çıraq” adlı proqramda iştirak etmişəm. Burada Trampın a “zənci” ifadəsini işlətməsinin şahidi olmuşam”,-müəllif kitabında yazır.

Sabiq köməkçisi daha sonra qeyd edib ki, Ağ Evdə Tramp sözçüsü Kellyanne Konvayın filippinli əri haqqında irqçi ifadələr işlətməsinin şahidi olub.

Trampın tez əsəbləşdiyini qeyd edən Nevman iddia edib ki, iclasların birində prezidentin əsəbdən sənədləri çeynəyib udduğunun şahidi olub.

Omarosa Nevman kitabında qeyd edib ki, 2017-ci ilin dekabrında vəzifə səlahiyyətinə son verildikdən sonra Tramp haqqında danışmamaq üçün ona 15 min dollar təklif edilib, lakin o, bundan imtina edib.

Qeyd edək ki, artıq Prezident Donald Tramp bu iddialara reaksiya verərək bildirib ki, kitabda iddia olunanların real həyatla heç bir əlaqəsi yoxdur.


Müəllif: Cavad

Oxşar xəbərlər