12 Avqust 2018 18:30
3 932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Təbiəti Mühafizə Təşkilatı aslanların nəslinin tükəndiyinə dair həyəcan təbili çalıb.

Teleqraf.com xəbər verir ki, təşkilat Afrikada aslanların sayının 20 minə qədər azaldığını bildirib.

Təşkilat hesab edir ki, aslanların mühafizəsi, onların qorunması üçün təxirəsalınmaz addımlar atılmalıdır.

Qeyd edilir ki, qanunsuz ovçuluq, habelə dərman sektorunda asümüklərindən istifadə etmək üçün onların qanuni ovlanması və xəstəlik səbəbindən aslanların nəslinin tükənməsi təhlükə altındadır.

Çıxış yolu kimi milli parkların sayının çoxaldılması, hər cür aslan ovunun dərhal qanunsuz elan edilməsi təklif edilir.

Asiya qitəsində də bu məsələdə ciddi problem yaşandığı bildirilir. Xüsusilə Hindistanda təhlükəsizlik altında olan 600-ə qədər Asiya aslanının çoxaldılması vacib sayılır.


Müəllif: Cavad

Oxşar xəbərlər