Türkiyə ordusunun Tunceli əyalətində anti-terror əməliyyatları zamanı 10 terrorçu məhv edilib.
Teleqraf.com xəbər verir ki, terrorçulardan birinin adı "qırmızı siyahı"da olub. PKK-nın Ərzurum üzrə yetkilisi "Roni Munzur" ləqəbli Mahmud Laçın əməliyyat zamanı öldürülüb.
Laçın bu ilin aprel ayında öldürülmüş terrorçu "Panzer Kamal" ləqəbli Mədəni Sayılqanın yerinə təyin edilmişdi.