NATO yetkililəri Türkiyə-ABŞ münasibətlərindəki gərginliyin hərbi blokdakı əməkdaşlığa təsir göstərməyəcəyini düşünürlər.
NATO-dan "Anadolu" agentliyinə bildirilib ki, alyans üzvləri arasında fikir ayrılığı ola bilər, amma bu, qurum daxilindəki fundamental məsələlərə söykənən anlaşmaya zərər vermir: "Mmüttəfiqlər hər zaman həmrəylik və bir-birini müdafiə etmək məsələsində anlaşmaya sadiq qalıblar".