Türkiyə həbsdə saxlanılan 2 yunan əsgəri - Aggelos Mitretodis və Dimitros Kouklatzisi azadlığa buraxıb.
Bu haqda “Anadolu” agentliyi məlumat yayıb.
Xatırladaq ki, yunan əsgərlər martın 1-də Ədirnədə qadağan olunmuş hərbi bölgəyə keçdikləri üçün saxlanılmışdılar.