15 Avqust 2018 23:42
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Teleqtaf.com xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.

Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın qarşılıqlı səfərlər və görüşlərlə daha da möhkəmləndirilməsinin vacibliyi ifadə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər