Rusiya, Türkiyə və İran prezidentləri arasında üçtərəfli görüş sentyabrın birinci ongünlüyündə baş tutacaq.
Teleqraf.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat yayıb.
Putinin sözçüsü İranda keçirilməsi planlaşdırılan zirvə toplantısı istiqamətində danışıqlar aparıldığını deyib.
O, Putinlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhaninin iş qrafikinə uyğun olaraq diplomatik kanallar vasitəsilə görüşün dəqiq günü bəlli olunandan sonra açıqlama veriləcəyini söyləyib.
Tərəflərin Suriya mövzusunda geniş müzakirələr aparacağı bildirilir.