İsrail və Həmas arasında vasitəçilərin iştirakı ilə aparılmış danışıqlar anlaşma ilə yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, bu iddianı İsrailin “Haaretz” qəzeti irəli sürüb.
Qəzet iddia edir ki, çərşənbə axşamı toplaşan İsrail təhlükəsizlik kabineti Həmasla 6 maddədən ibarət razılaşmanı təsdiq edib.
Razılaşmanın mərhələli şəkildə icra edilməsi nəzərdə tutulur.
Misirli rəsmlər və BMT-nin Yaxın Şərq üzrə koordinatoru Nikolay Mladenovun vasitəçiliyi ilə aparılan müzakirələr nəticəsində İsrailin Qəzzada yeganə ticarət qapısını yenidən açması, balıqçıların ov məsafəsinin 9 milə qədər artırılması artıq həyata keçirilir.
Bu iki məsələ 6 maddəlik razılaşmanın ilk iki şərtidir.
Digər maddələrin isə Qəzzaya tibbi heyətin, humanitar yardımların daxil olmasına şərait yaradılması, Həmasın əlində olduğu ehtimal olunan 2 əsgər və 2 mülki şəxsin İsrailə təhvil verilməsi, Qəzzanın inşasında xarici sərmayələrə imkan yaradılması, hava və dəniz limanlarının inşa edilməsi haqqındadır.