18 Avqust 2018 01:05
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində hökumət başında qalmaq üçün Ermənistan Konstitusiyasını dəyişəcək.

Bu barədə o, Yerevanda keçirilən mitinqdə bildirib.

“Ermənistanda növbədənkənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istefa verməliyəm. Parlament də buraxılmalıdı və növbədənkənar parlament seçkiləri keçirilməlidir...

Belə vəziyyətdə bəzi qüvvələr düşünür ki, mən istefa verəndən sonra onlar gizlincə baş nazir seçəcəklər.

Bu insanlar Ermənistanda nə baş verdiyini anlamırlar. Onlar bunu anlamadıqlarına görə də, biz konstitusiyaya düzəlişlər edəcəyik”, - Ermənistanın baş naziri deyib.

“Konstitusiyaya düzəlişlərin məğzi bundan ibarət olacaq: növbədənkənar parlament seçkilərinin vəzifədə olan baş nazir istefa vermədən keçirilməsi mümkündür”, - Paşinyan vurğulayıb

/Oxu.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər