Yəməndən Səudiyyə Ərəbistanının Nəcran şəhərinə ballistik raket atılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat yayıb.
Koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki husilərin Amran şəhərindən Səudiyyə Ərəbistanındakı Nəcrana ballistik raketlə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, koalisiya qüvvələrinə məxsus havadan müdafiə sistemləri raketi havada ikən məhv edib. Turki əl-Maliki hücum zamanı heç kəsin xəsarət almadığını söyləyib.
Koalisiya qüvvələrinin sözçüsü İranı regional və beynəlxalq təhlükəsizliyi təhdid etmək məqsədilə husilərə dəstək verməkdə ittiham edib.