18 Avqust 2018 17:38
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Ədalət Hərəkatı Partiyasının lideri İmran Xan parlamentdə səsvermə nəticəsində ölkənin yeni baş naziri seçilib.

Teleqraf.com xəbər verir ki, 1996-cı ildə siyasətə gələn İmran Xan 26 iyul parlament seçkilərində ən çox səs toplayan partiya lideri olub.

Baş nazir uğrunda əsas rəqabət İmran Xan və Pakistan Müsəlmanlar Liqasının rəhbəri Şahbaz Şərif arasında olub.

Parlamentdən 176 səs toplayan İmran Xan ölkənin yeni baş naziri postuna yiyələnib. Onun rəqibi Şahbaz Şərif isə cəmi 96 səs ala bilib.

Bununla da Pakistanda nadir hadisələrdən biri baş verib, hakimiyyət dinc yolla seçkidə qələbə çalana təslim edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər