19 Avqust 2018 17:29
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 1953-cü ildə olduğu kimi, İranın qanuni hakimiyyətini devirmək üçün xüsusi qrup yaradıb. Ancaq bu ideyanın perspektivi yoxdur.

Teleqraf.com-un məlumatına görə, bu bəyanatla İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

Məhəmməd Cavad Zərif özünün Tvitter səhifəsində qeyd edib ki, düz 65 il əvvəl ABŞ Məhəmməd Mossadıqın demokratik hökumətini devirərək diktaturanı bərpa etdi və növbəti 25 ildə iranlıları qul halına saldı: “İndi İran üzrə “xüsusi qrup” təzyiq, dezinformasiya və demaqogiya vasitəsilə eynisini etməyi arzulayır. Buna yol verilməyəcək”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti nəzdində İran əleyhinə siyasətin vahid mərkəzdən məqsədyönlü şəkildə idarə edilməsi üçün xüsusi qrup yaradılıb. Dövlət katibi Mayk Pompeo xüsusi qrupun işinə ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin rəhbəri Brayan Hukun rəhbərlik edəcəyini açıqlayıb.


Müəllif: Nərgiz