20 Avqust 2018 22:00
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hökuməti alüminum və polad idxalına ikiqat gömrük rüsumu tətbiq etdiyi üçün ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

Teleqraf.com xəbər verir ki, ÜTT Türkiyənin şikayətini icraata götürdüyünü və araşdırıldığını bəyan edib.

Türkiyə tərəfi hesab edir ki, ABŞ-ın məlum gömrük qərarı ÜTT-nın 1994-cü il tarixli anlaşmasının bir sıra müddəalarına ziddir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp alüminum və polad idxalına ikiqat gömrük rüsumu tətbiq edilməsini barədə qərarı avqustun 10-da açıqlayıb.

“Mən indicə Türkiyədən gətirilən polad və alüminium tariflərini 2 qat artırmaq barədə göstəriş vermişəm. Eyni zamanda, onların türk lirəsi bizim güclü dollarımıza qarşı sürətlə ucuzlaşır”, deyə Tramp qeyd edib.

Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hakim “Ədalət və İnkişaf” partiyasının qurultayındakı çıxışında qeyd edib ki, bu millətin qarşısında dura biləcək güc yoxdur: "Oyunu gördük və meydan oxuyuruq. Üzdə bizə partnyor kimi görünən amma strateji hədəfə çevirənlərə təslim olmayacağıq”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər