Türkiyə dövləti ölkədəki xarici missiya və səfirliklərin təhlükəsizliyini tam təmin edir. Bu, hansısa ölkə ilə münasibətlərimizin necə olmasından asılı deyil. Bunlar ayrı şeylərdir. ABŞ-ın Ankaradakı səfirliyinin atəşə tutulmasını qınayırıq.
Teleqraf.com “Hürriyət”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binalı Yıldırım deyib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi operativ əməliyyat nəticəsində səfirliyə hücum edən şəxslər saxlanılıb: “Bizim ölkəmizdə yaşayan, vəzifəsini icra edən hər bir əcnəbinin, diplomatın, qonaqların təhlükəsizliyini təmin etmək ən başlıca vəzifələrimizdən biridir. Hamı bilməlidir ki, bu ölkədə hər hansı qanunsuzluğa və yanlışlığa icazə verilməyəcək”.
Xatırladaq ki, avqustun 20-də səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyinə naməlum şəxslər ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.