22 Avqust 2018 17:58
2 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejimi yenidən kimyəvi silahdan istifadə etsə, Suriyaya hərbi müdaxilə edəcəyik.

Teleqraf.com xəbər verir ki, ABŞ, İngiltərə və Fransa hökumətlərinin birgə qəbul etdikləri bəyanatda belə deyilir.

Qutadakı sarin qazı ilə həyata keçirilmiş qətliamın 5-ci ilində müttəfiqlər Əsədə son xəbərdarlığını edərək, onu kimyəvi silahdan birdəfəlik imtina etməyə çağırıblar:

“Suriya rejimi 2012-ci ildən bu günədək təkcə Qutada yox, Xan Şeyhun, Latamina və Dumada da kütləvi insan qırğınlarına yol verən silahlardan istifadə edib. Növbəti belə bir vəziyyətdə buna qarşı daha sərt tədbir görəcəyimizi qətiyyətlə bildiririk”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər