19 Avqust 2014 13:17
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda yezidilər İŞİD-ə qarşı savaşmaq üçün Sincar dağına qayıdıblar. Teleqraf.com xəbər verir ki, İŞİD-in zülmündən qorunmaq üçün ailələrini təhlükəsiz yerlərə götürən 1400 yezid silahlanaraq Sincara dönüblər.

Peşmərgə tərəfindən hərbi təlimlər keçən yezidilər bildiriblər ki, Sincar onların yaşayış yeri olmaqla yanaşı, müqəddəs məbədgahıdır.

50 yaşlı Abdo Hamo bildirib ki, İŞİD yüzlərlə yezidini qətlə yetirib: "Onların qisasını almaq üçün vuruşmaqda başqa yolumuz yoxdur.

Şenqal dağında xüsusi qurğularla İŞİD-i izləyən 75 yaşlı Rustem Sino bildirib ki, İŞİD-in qəfil hücumuna məruz qalıblar: "Bu vaxta qədər heç kəslə savaşmamışıq. Amma qəfil hücuma məruz qaldıq. Ailələrimizi təhlükəsiz yerlərə köçürdük. Özüm isə hazırda İŞİD-ə qarşı vuruşuram".

Diqqət çəkən məqamlardan biri isə yezidilərin hərbi texnika vasitəsi olaraq eşşəkdən istifadə etmələridir. Ağır hərbi texnikalara sahib olan İŞİD-ə qarşı eşşək belində aparılacaq müharibənin nəticəsini qabaqcadan da söyləmək mümkündür.

Ayxan


Müəllif:

Oxşar xəbərlər