Moldovanın paytaxtı Kişinyovda 15 minə yaxın insan hökumət əleyhinə mitinq keçirib.
Teleqraf.com xəbər vverir ki, aksiyaçılar hakimiyyətin siyasətinə qarşı şüarlar səsləndiriblər. Etiraz aksiyası Avropayönümlü müxalifət partiyaları tərəfindən təşkil olunub.
Mitinqdə Moldova və Avropa İttifaqının bayraqları dalğalandırılıb. Etiraz aksiyası zamanı hər hansı insident qeydə alınmayıb.