31 Avqust 2018 19:22
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın mövcud hakimiyyətinin regiondakı vəziyyəti qiymətləndirmək bacarığı yoxdur. İndiki vəziyyətdə Ermənistanı üzv etmək üçün yeni ittifaqlar, yaxud bloklar axtarmaq məntiqsizlikdir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
Sabiq dövlət başçısı Baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı siyasətini sərt tənqid edib: “Rusiya ilə münasibətlərimiz normal idi. Bunu pozmağa nə ehtiyac vardı? İllərdir hakimiyyətə gəlmək və buna görə də Avropa İttifaqına xoş görünmək üçün Ermənistandakı rus bazalarının çıxarılmasından danışırlar. Bu vəziyyəti bir gündə dəyişmək hansı dərəcədə mümkündür? Yaxud məntiqlidirmi?
İndiki hakimiyyətdə təmsil olunan şəxslərin hamısı tamamilə ayrı-ayrı siyasi baxışlara malik olan və geosiyasi vəziyyəti qiymətləndirmək bacarığında olmayan təcrübəsiz adamlardır.

Əksəriyyəti də xaricdən gələn qrantlara ümid edir. Şübhəsiz ki, ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələsində Rusiyanın böyük faktor olduğunu nəzərə almaq lazımdır. Amma Brüsseldə ağır səhv buraxanlar divident qazanmaq üçün təhlükəli qərarlar verirlər. NATO-nun dəhlizlərində şelfi çəkənlər hələ ki öz səhvlərini görə bilmirlər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər