31 Avqust 2018 23:13
2 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan ərazisindən Ermənistana taxılın tranzitinə qadağa qoyulması, Ermənistanın Təhlükəsizlik Şurasının iclasında müzakirə edilməlidir. Baş nazir Nikol Paşinyan bununla bağlı təcili olaraq, təhlükəsizlik strukturlarının iclasını çağırmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni iqtisadçı Qagik Makaryan deyib.

Onun sözlərinə görə, bu qərar Təhlükəsizlik Şurasının iclasının mövzusu olmalıdır:
“Ermənistan Gürcüstan hökumətinin qərarını dəyişmək üçün alternativ variantlardan istifadə etməlidir. Problem ilk baxışda sadə görünə bilər, amma dərin problemdir. Ermənistanın tranzit məsələsində Gürcüstandan asılılığı isə problemin çəkisini bir qədər də ağırlaşdırır. Hesab edirəm ki, bu qərar iqtisadi yox, siyasi xarakterlidir.

Əminəm ki, qərar Ermənistan və Gürcüstan arasında siyasi böhrana gətirib çıxaracaq. Biz isə taxıl lazımdır, digər ölkələrdən alınan taxıl ehtiyacımızı ödəmir. Ermənistan və Gürcüstan arasında diplomatik münasibətlər zəif və böhranlıdır”.

Qeyd edək ki, rəsmi Tiflis Rusiyadan Ermənistanda idxal edilən taxılın Gürcüstan ərazilərindən nəqlini qadağan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər