1 Sentyabr 2018 00:15
1 912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Şərqi Avropa və Mərkəzi Asiya üzrə “LGBT-xristian” adlı bir forumun mövcudluğu məlum oldu. O da məlum oldu ki, təşkilat 11-ci dəfə forum keçirəcək. Builki forum noyabrın 15-dən 18-dək İrəvanda planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloqu Arman Qukasyanın “EurAsia Daily” portalında (eudaily.com) dərc olunan məqaləsində bildirilir.

Qeyd olunur ki, tədbirin əsas təşkilatçısı mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən “LGBT Avropa forumu”dur:

“Bu platformanın layihələri Amerika və Avropa fondları tərəfindən maliyyələşdirilir. Təşkilatın rəsmi saytında onun müxtəlif layihələrini görmək olar. Hansı ki, onlar “Açıq Cəmiyyət İnstitutu (“Soros” Fondu) və “Arcus” Fondunun maliyyəsi ilə həyata keçirilib. Ermənistanda isə onun yerli tərəfdaşı və forumun təşkilatçısı “Yeni nəsil” qeyri-hökumət təşkilatı Qərb mənbələrindən, o cümlədən “Soros” Fondu, Avropa Komissiyası, USAID və digərləri tərəfindən maliyyələşdirilir”.

Bildirilir ki, təşkilatçılar bu il forumun mövzusu kimi “Ürəkli olun, çünki mən dünyaya qalib gəldim” şüarını seçiblər:

“Rəsmi məlumatda yazılıb ki, plenar məruzəçilər psixoloqlar, müxtəlif dinlərə sitayiş edən dindarlar, ilahiyyatçılar, kilsə liderləri və təcrübəli ruhanilərdən ibarət olacaq”.

Müəllif bildirib ki, bu ad altında forumun keçirilməsi respublikanın ənənəvi dəyərlərinə zərbə vurulması ilə bağlı erməni cəmiyyətinə açıq çağırışdır:

“Görünür, “xristian” sözü LGBT abreviaturasına bilərəkdən və süni şəkildə bağlanıb. İnsanlar arasındakı aradan qaldırılması mümkün olmayan sevgi, ümid və inam divarını dağıtmağa hesablanıb. Ən təəccüblüsü isə budur ki, tədbirdə iştirak etmək üçün ərizələrin qəbulu müddəti avqustun 31-də bitir. Təşkilatçılar bütün gücü ilə foruma hazırlaşırlar, press-relizlər yayırlar, Ermənistanın siyasi kəsimi isə sözügedən məsələyə etinasız yanaşır, bu hadisə ilə bağlı heç bir şərh vermir. Sanki Ermənistanın belə həyasızcasına foruma ev sahibliyi etməsi tamamilə normaldır.

Əlbəttə, onların müdafiəsində ABŞ səfirliyi dayanır. Hansı ki, forumun keçirilməsini ittiham edənləri dərhal pisləyəcək”.

Yazının sonunda müəllif çox maraqlı bir etiraf edir:

“Ermənistan tolerantlıq məsələsi üzrə uzun müddət Qərb institutları ilə oynadı. Onlarla bu istiqamətdə alış-veriş etdi. Bu işdə əvvəllər ölkədə hakimiyyətdə olanların da “xidmətləri” var. Hansı ki, onlar da bu işlərə yol verdilər və adekvat tədbirlər görmədilər. Ancaq hələ də Ermənistanda dini və ənənəvi dəyərlərə hörmət edildiyinə diqqəti yönəltmək lazımdır. Ermənistan cəmiyyətinin böyük əksəriyyəti bu tədbirin keçirilməsinə dəqiq imkan verməyəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər